Azərbaycanın növbəti diplomatik uğuru | Minsk qurupu fəaliyyətini dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də Minsk qrupunun həmsədrlərinin Bakıya səfərində dilə gətirmişdi.
Bu o səfər idi ki, dövlət başçısı açıq şəkildə nümayəndələrə bildirdi ki, onları səfərə özü dəvət etməyib. Yəni Azərbaycana gəlmək nümayəndə heyətinin öz təşəbbüsü idi. Azərbaycan Prezidenti bu ideyaya sadəcə etiraz etməmişdi. İndi həmin ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı.
Qarabağ münaqişəsi zamanı “status-kvo qəbuledilməzdir” deyə bəyanat verən bu qrupun nümayəndələri bir müddət sonra sözlərini dəyişdilər, Ermənistana təzyiq göstərmədilər. Həmin müddətdən sonra “sülhün qorunması üçün status-kvo qəbul ediləndir” fikrini müdafiə etməyə başladılar ki, onların “reallığı”nı həm masada, həm də sahədə dəyişdik.
Beləcə, Ermənistan kapitulyasiya aktına imza atdı və bunu Minsk qrupu yox, xalq-dövlət birliyi gerçəkləşdirdi.
#İlham Əliyev teqi istifadə olunub
- Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi
- Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb
- "Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV
- "Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV
- Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV
