Azərbaycanın qarşısında duran əsas hədəflər
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir”.
Bu fikirləri Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
“Bundan əvvəl də bu, əsas prioritetlərdən biri idi. Lakin başlıca prioritet, əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi və müvafiq olaraq Silahlı Qüvvələrin potensialının artırılması məsələsi idi”, – deyə dövlət başçısı əlavə edib.
Azərbaycanın qarşısında duran əsas hədəflərdən danışan Prezident bildirib: “Birinci planda, əlbəttə ki, dayanıqlı inkişaf məsələləri durur, neft və qaz sektorundan asılılığın azaldılması dayanır. Bu hədəf neft hasil edən bütün ölkələrin qarşısında dayanır. Neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq. Çünki təbii resurslar bitən resurslardır. Biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, biz ehtiyat yaradırıq, valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
