Pleyeri seçin:

Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik | Hasan Şeyx Mahmud

12 fevral 2025 449 baxış

Somali Azərbaycanın qazandığı təcrübəni bölüşmək istəyir və praktik təcrübəni öyrənməyə hazırdır.

Bunu Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata bəyanatında deyib.

O bildirib ki, bütün əməkdaşlıq sahələri hər iki dövlət və xüsusilə də Somali üçün çox faydalıdır:

"Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib.

Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırıla bilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırıla bilən siyasət və proqnozlaşdırıla bilən inkişaf siyasətidir".

Somali Prezidenti qeyd edib ki, bu gün imzalanan sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır:

"Bu, ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur.

Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir".

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 449 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 449 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 449 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 449 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 449 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 449 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 449 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 449 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 449 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 449 baxış
Seçilmişlər
icon