“Azərbaycanın uğurlu inkişafının əsas səbəblərindən biri...” | Prezident Bakıdakı tədbirdə - Baku TV
“Azərbaycanda bütün etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır”.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı Azərbaycanın sabit inkişafının səbəblərindən birinin cəmiyyətdəki ahəngdarlıq olduğunu bildirib.
“Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri xalqlarımızın əsrlər boyu qoruyub saxladığı irsdir. Biz bunu yüksək qiymətləndiririk. Bütün etnik qrupların və dinlərin nümayəndələri təkcə Konstitusiyamız sayəsində bərabər hüquqlara malik deyillər, həm də bir ailə kimi yaşayırlar. Biz həqiqətən də yüksək səviyyədə həmrəyliyin, qarşılıqlı anlaşmanın və hörmətin şahidiyik. Hamımız milli ideyalar ətrafında birləşirik. Necə deyərlər, azərbaycançılıq Azərbaycanın bütün xalqlarını bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən çətin mərhələlərində özünü büruzə verib”, – deyə Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- “Beynəlxalq hüququ, ədaləti bərpa etdik, öz gücümüzə...” | Prezidentdən vacib açıqlamalar - Baku TV
- Prezident: “Daxili risklərimiz yoxdur, potensial risklər hüdudlarımızdan kənardan gəlir” - Baku TV
- Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında - Baku TV CANLI
- Ərdoğandan türk dövlətləri ilə bağlı çağırış | Hərbi Hava Qüvvələrinin təlimi - YENİ BİR SƏHƏR
- İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV
