Prezident: “Daxili risklərimiz yoxdur, potensial risklər hüdudlarımızdan kənardan gəlir” - Baku TV
“Biz bütün dünyaya nəyə nail ola biləcəyimizi göstərdik”.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqillik dövründə öz həyat tərzini qoruyub saxlayaraq daha da gücləndirib.
“Bizim hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızdan kənardan gəlir. Biz hər zaman ayıq-sayıq olmalı, müstəqilliyimizin müdafiə olunmasına çox bağlı olmalıyıq. Müstəqilliyimizin 35 illik dövründə müxtəlif mərhələlər oldu. Bu illərin əsas hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması idi”, – deyə Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- “Beynəlxalq hüququ, ədaləti bərpa etdik, öz gücümüzə...” | Prezidentdən vacib açıqlamalar - Baku TV
- “Azərbaycanın uğurlu inkişafının əsas səbəblərindən biri...” | Prezident Bakıdakı tədbirdə - Baku TV
- Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında - Baku TV CANLI
- Ərdoğandan türk dövlətləri ilə bağlı çağırış | Hərbi Hava Qüvvələrinin təlimi - YENİ BİR SƏHƏR
- İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV
