Pleyeri seçin:

Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olundu

24 iyul 2025 499 baxış

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanla İtaliya arasında hərbi sahədə mövcud münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən K.Vəliyev qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyini vurğulayıb.

General L.Portolano ölkələr arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib və bunun orduların inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, inkişaf perspektivləri və bir sıra digər məsələlər müzakirə edilib.

Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Daha sonra İtaliya nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzinə gəlib.

Qonaqlar həmçinin Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Sonda Xüsusi Təyinatlı Qüvvələrin "N" hərbi hissəsi ziyarət olunub.

Qonaqlar hərbi hissə ilə tanışlıqdan sonra XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.

Banner
Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Siyasət
04 noyabr 2026 499 baxış
Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Siyasət
04 noyabr 2026 499 baxış
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 499 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 499 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 499 baxış
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 499 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 499 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 499 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 499 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 499 baxış
Seçilmişlər
icon