Pleyeri seçin:

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında nələr müzakirə olunub?

27 noyabr 2025 746 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

Bu barədə xarici işlər naziri “X” hesabında yazıb.

O bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur.

“Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır”, ‒ deyə Ceyhun Bayramov qeyd edib.

Bundan başqa, İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşərək strateji tərəfdaşlıq barədə müzakirə aparıb.

Görüş zamanı Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, siyasi dialoqun dinamik inkişafı müzakirə edilib və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf ümumi maraqların və regional sabitliyin təmin olunması üçün enerji, ticarət, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb.

Azərbaycanın xarici işlər naziri həmçinin ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb.

“İtaliyaya rəsmi səfərim çərçivəsində Senatın Prezidenti İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum. Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və daimi siyasi dialoqun həlledici rolunu qeyd etdik. Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində əməkdaşlığı gücləndirməyin son dərəcə vacib olduğunu vurğuladım”, ‒ deyə nazir qeyd edib.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 746 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 746 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 746 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 746 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 746 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 746 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 746 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 746 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 746 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 746 baxış
Seçilmişlər
icon