Azərbaycanla Pakistan qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
O, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.
Pakistan Xarici İşlər Nazirliyinin bununla bağlı "X" sosial şəbəkə hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksək səviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.
#Ceyhun Məmmədov teqi istifadə olunub
- "Ermənistan bu 2 məsələdə real addım atmır" | Bağdad Bəyannaməsi sülhü yaxınlaşdıracaqmı? - Baku TV
- ŞƏT sammitində hansı qərarlar veriləcək?
- "Beynəlxalq hüquq artıq işləmir" | ŞƏT-in Yubiley Sammitində nələr müzakirə olunacaq? - Baku TV
- Rəqəmsal dərsliklər uşaqlar üçün faydalıdır, yoxsa riskli? - Baku TV
- Avropa İttifaqının ikili standart sindromu - Baku TV
