Azərbaycanla sərhəddə bu postlar olmayacaq | Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla razılaşmaya əsasən, delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
O, sərhəddə Müdafiə Nazirliyinin postlarının olmayacağını vurğulayıb.
Baş nazir onu da vurğulayıb ki, Azərbaycanla bağlı demarkasiya prosesi mümkün qədər tez aparılmalıdır:
“Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların mandatına aiddir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq.
Demarkasiya məsələsinə gəldikdə isə bildirmək istəyirəm ki, bu proses də mümkün qədər tez aparılmalıdır. Sual olunacaq ki, niyə? Demarkasiya edilmədiyindən münaqişə üçün müəyyən şəraitin ola biləcəyini başa düşmək olar, buna görə də biz vəziyyəti maksimum idarə etmək üçün münaqişə potensialı ən çox olan yerlərdən başlayırıq”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
