Pleyeri seçin:

Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - Baku TV

22 avqust 2026 253 baxış

Azərbaycandan Özbəkistana səfər edən media nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində avqustun 21-də jurnalistlər Çarvak su anbarının sahilində yerləşən “Sea Breeze Uzbekistan” kurort və yaşayış kompleksinə baş çəkiblər.

“Sea Breeze Uzbekistan” Daşkənddən təxminən 80 kilometr məsafədə həyata keçirilən kurort və yaşayış layihəsidir. Baş planın ərazisi 527 hektar, sahil xəttinin uzunluğu isə 7 kilometr təşkil edir. Layihənin 2025–2035-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Burada yaşayış kompleksləri və villaların, mehmanxanaların və apart-hotellərin, təchiz olunmuş çimərliklərin, idman meydançalarının, restoranların, istirahət zonalarının, bulvarın, eləcə də əyləncə və sağlamlıq infrastrukturunun yaradılması planlaşdırılır. “Sea Breeze Uzbekistan” il boyunca fəaliyyət göstərən kurort və yaşayış məkanı kimi nəzərdə tutulub.

Tikintinin ilk mərhələsi çərçivəsində 190 hektar ərazidə işlərin görülməsi nəzərdə tutulur ki, bunun da 100 hektarı birinci fazanın payına düşür. Əsas elementlərdən biri bulvar olacaq. Ərazinin yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Belə ki, artıq mindən çox ağac əkilib, gələcəkdə isə bu sayın 10 minə çatdırılması planlaşdırılır.

Media nümayəndələrinə həmçinin Çarvakın təbii relyefinə uyğunlaşdırılmış “White Villas” və “White Residences” yaşayış layihələri barədə məlumat verilib.

“Sea Breeze” şirkətinin strateji inkişaf üzrə meneceri Mikayıl Namazov bildirib ki, layihə tikintinin ilkin mərhələsindədir, lakin artıq ərazinin abadlaşdırılması istiqamətində fəal iş aparılır.

O həmçinin bildirib ki, “White Villas” və “White Residences” yaşayış komplekslərində artıq satışlar başlanılıb. Ayrı-ayrı obyektlərin tikintisinin təxminən 36 ay ərzində başa çatdırılması nəzərdə tutulur və şirkət ərazini artıq qarşıdakı il yarım ərzində əhəmiyyətli dərəcədə dəyişmək niyyətindədir.

“Sea Breeze Uzbekistan” “Agalarov Development” şirkətinin Özbəkistanda həyata keçirdiyi ikinci layihədir. Şirkət həmçinin Daşkənddə “Agalarov Residence” premium yaşayış kompleksini inşa edir.

“Sea Breeze Uzbekistan” layihəsi Özbəkistanın turizm potensialının inkişafına, ölkə sakinləri, xarici turistlər və investorlar üçün yeni beynəlxalq cəlbedicilik mərkəzinin yaradılmasına yönəlib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 253 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 253 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 253 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 253 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 253 baxış
Seçilmişlər
icon