"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin Vaşinqtonun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalara təəccüblənərək münaqişəni 10 il ərzində həll etməyə çalışsa da, buna nail ola bilmədiyini etiraf edib.
Tramp bu barədə Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
"Prezident Putin mənə dedi: Bu münaqişəni həll edə bildiyinizə inana bilmirəm. Mən 10 il ərzində bunu etməyə çalışmışam", – deyə Tramp bildirib.
ABŞ lideri Ermənistan və Azərbaycan arasında münaqişənin uzun illər davam etdiyini xatırladıb.
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini də bildirib.
"İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındakı müharibənin nizamlanmasına və ya bu münaqişələrdə qələbə qazanmağa yaxınam", – deyə Tramp vurğulayıb.
ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin qısa müddətdə həll ediləcəyinə əminliyini ifadə edib.
"Biz buna nail olacağıq. Rusiya və Ukrayna məsələsini həll edəcəyik, özü də tezliklə", – deyə ABŞ Prezidenti fikirlərini yekunlaşıdırıb.
#Donald Tramp teqi istifadə olunub
- Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini tənqid edib
- Trampın Putinlə razılaşması Zelenskini niyə qəzəbləndirdi? - Baku TV CANLI
- ABŞ-nin yeni hərbi planı Trampın masasına təqdim edilib - Baku TV
- Tramp administrasiyasının sanksiya qərarı hansı nəticələr doğuracaq? - Baku TV CANLI
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
