Pleyeri seçin:

Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

09 oktyabr 2026 29 baxış

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşünün ardınca geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Bu barədə Baku TV-nin Türkmənistana ezam olunan müxbiri Xatirə Məmmədova məlumat verib.

Bildirilib ki, görüşün sonunda MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.

Daha sonra Prezident İlham Əliyevin də iştirakı və çıxışı ilə Xəzər Ekologiya Sammiti baş tutub. Türkmənistan Prezidentinin təşəbbüsü ilə təşkil olunan sammitdə Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, ətraf mühitin mühafizəsi və Xəzəryanı dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün əsas gündəliyində Xəzər dənizinin səviyyəsinin azalması, iqlim dəyişmələrinin təsirləri, biomüxtəlifliyin və bioloji ehtiyatların qorunması, eləcə də dənizin çirklənməsinin qarşısının alınması kimi aktual problemlər yer alıb. Xüsusilə Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlı Xəzəryanı ölkələrin birgə elmi və praktiki fəaliyyətinin vacibliyi vurğulanıb.

Sammit Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında ekoloji sahədə regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Banner
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Siyasət
09 oktyabr 2026 29 baxış
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Siyasət
09 oktyabr 2026 29 baxış
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksində

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksində

Siyasət
09 oktyabr 2026 29 baxış
"2028-ci ildə MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanda keçiriləcək" | Prezident - Baku TV

"2028-ci ildə MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanda keçiriləcək" | Prezident - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Prezident İlham Əliyev Türkmənbaşıda səkkiz ölkənin təmsil olunduğu festivalla tanış olub - Baku TV

Prezident İlham Əliyev Türkmənbaşıda səkkiz ölkənin təmsil olunduğu festivalla tanış olub - Baku TV

Siyasət
09 oktyabr 2026 29 baxış
Seçilmişlər
icon