Badalyanın 4 şərt iddiası | Yüz minlərlə azərbaycanlının Ermənistana köçürülməsi…
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Ermənistandan maksimumu almayana qədər sülh müqaviləsini imzalamayacaq”.
Bunu erməni siyasi strateq Armen Badalyan deyib.
Onun iddiasına görə, Azərbaycan Ermənistan ordusunun ləğvini, bir neçə yüz min azərbaycanlının Ermənistan ərazisinə köçürülməsini, Ermənistan üzərində total hərbi nəzarəti təmin edəcək həmin Ermənistan ərazilərinin təslim edilməsini, erməni toponimlərinin Azərbaycan dilinə dəyişdirilməsini tələb edəcək.
“Sadə dillə desək, Azərbaycan Ermənistanı ərazi əlavəsinə çevirməyə çalışacaq və yalnız bundan sonra tapşırığı başa çatmış hesab edəcək. Azərbaycan oyuna daxil olub və ondan maksimum üstünlük əldə etməyə çalışacaq, nə dərəcədə uğur qazanacağı sual altındadır, amma çalışacaq”, – deyə A.Badalyan bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
