Pleyeri seçin:

Bakı-Belqrad xəttində yeni mərhələ: Qaz, enerji və strateji əməkdaşlıq - RƏSMİLƏR

18 mart 2026 907 baxış

"Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç olub.

Səfir Serbiyanın Dövlətçilik Gününün ölkəsi üçün böyük tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayaraq Prezident İlham Əliyevin həmin gün Belqrada səfərini yüksək qiymətləndirib. O bildirib ki, bu səfər Serbiya Respublikasına və Prezident Aleksandar Vuçiçə göstərilən dəstəyin bariz nümunəsidir.

Draqan Vladisavljeviç Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib. Onun sözlərinə görə, bu platforma tərəfdaşlığın daha intensiv və sistemli şəkildə inkişafına şərait yaradır.

Səfir son görüş çərçivəsində imzalanan sənədlərin xüsusilə enerji sahəsində real nəticələr vəd etdiyini qeyd edib. O, Serbiyada birgə qaz-turbin elektrik stansiyasının tikintisi üzrə sazişin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Layihənin strateji əhəmiyyətindən danışan səfir bildirib ki, bu təşəbbüs təkcə enerji obyekti deyil, həm də Azərbaycan ilə Serbiya arasında uzunmüddətli strateji investisiyadır və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Draqan Vladisavljeviç Azərbaycanın qaz ixracını artırmasının Avropanın enerji xəritəsində mühüm rol oynayacağını qeyd edib. O əlavə edib ki, Serbiya 2027-ci ilə qədər Azərbaycandan illik 1 milyard kubmetrə qədər qaz idxal etməyi planlaşdırır.

Banner
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 907 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 907 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 907 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 907 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 907 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 907 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 907 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 907 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 907 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 907 baxış
Seçilmişlər
icon