Pleyeri seçin:

Bakı Suriyadakı vətəndaşlarımıza görə hərəkətə keçdi | Ayxan Hacızadədən mühüm açıqlama

10 dekabr 2024 90 baxış

Azərbaycan Suriyada baş verən prosesləri izləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə bəyanatında bildirilir.

Qeyd edilir ki, bu çərçivədə eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.

"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün, sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir.

Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Eyni zamanda Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası işini davam etdirəcək.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır", – bəyanatda vurğulanır.

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Siyasət
16 dekabr 2025 90 baxış
Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Siyasət
16 dekabr 2025 90 baxış
Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Siyasət
16 dekabr 2025 90 baxış
ABŞ Prezidenti BBC-yə qarşı milyardlarla dollarlıq böhtan iddiası qaldırdı - Baku TV CANLI

ABŞ Prezidenti BBC-yə qarşı milyardlarla dollarlıq böhtan iddiası qaldırdı - Baku TV CANLI

Siyasət
16 dekabr 2025 90 baxış
İlham Əliyevin HİK-in VIII qurultayının iştirakçılarına müraciəti səsləndirildi - Baku TV

İlham Əliyevin HİK-in VIII qurultayının iştirakçılarına müraciəti səsləndirildi - Baku TV

Siyasət
16 dekabr 2025 90 baxış
Vitse-spikerdən həmkarlar ittifaqlarına çağırış

Vitse-spikerdən həmkarlar ittifaqlarına çağırış

Siyasət
16 dekabr 2025 90 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV CANLI

Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV CANLI

Siyasət
16 dekabr 2025 90 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV

Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV

Siyasət
16 dekabr 2025 90 baxış
Tramp administrasiyasının ultimatum planı sülhdür, yoxsa təslimiyyət ssenarisi? - AKTUAL GÜNDƏM

Tramp administrasiyasının ultimatum planı sülhdür, yoxsa təslimiyyət ssenarisi? - AKTUAL GÜNDƏM

Siyasət
16 dekabr 2025 90 baxış
Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR

Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR

Siyasət
16 dekabr 2025 90 baxış
Seçilmişlər
icon