Bakıda Dördüncü İqlim Həftəsi öz işinə başladı - Baku TV
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi Bakıda öz işinə başlayıb.
Tədbir 7–11 sentyabr tarixlərində keçiriləcək.
İqlim Həftəsinin ilk günü enerji keçidi, iqlim maliyyələşməsi və sənayenin karbonsuzlaşdırılması mövzularına həsr olunub. Gün ərzində müxtəlif panel iclasları və dəyirmi masalar təşkil olunub, aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da keçiriləcək. Müzakirələrdə iqlim qərarlarının qəbul edilməsi, beynəlxalq əməkdaşlığın qurulması və gücləndirilməsi, həmçinin qarşıdan gələn COP31 ərəfəsində iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Hazırda keçirilən dəyirmi masa binaların enerji effektivliyi üzrə pasportlaşdırılması mövzusuna həsr olunub. Tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyinin şöbə rəhbərləri və mütəxəssisləri, eləcə də Türkiyədən olan ekspertlər və Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin nümayəndələri iştirak edirlər.
Dəyirmi masa çərçivəsində Türkiyədə binaların tikintisinin ilk mərhələsindən son mərhələsinədək enerji effektivliyi və enerji təchizatı ilə bağlı yanaşmalar haqqında təqdimat keçirilib. Təqdimatda gələcəkdə binaların iqlim məqsədlərinə töhfə verməsi üçün həyata keçirilməli tədbirlər və enerji təminatının necə qurulmalı olduğu barədə məlumat verilib.
#Bakıda IV İqlim Həftəsi (CW4) teqi istifadə olunub
- Müxtəlif sektorlar üzrə prioritetlər müəyyənləşdirilir
- Bakı Davamlı Biznes Assambleyası | Müxtəlif sektorlar üzrə prioritetlər müəyyənləşdirilir - Baku TV
- “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində yüksəksəviyyəli dəyirmi masa keçirildi
- Kənd təsərrüfatında yeni mərhələ | Beynəlxalq tədbirin ikinci günündə nələr yaşanır? - Baku TV
- Azərbaycanda iqlimə davamlı kənd təsərrüfatı qurulur
