Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.
Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.
Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.
Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.
#Azərbaycan Respublikasının Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV
- Müdafiə Nazirliyi ordumuzun yeni tədris dövrünə başlaması barədə məlumat yaydı - Baku TV CANLI
