1222 nəfərlik Ağudiyə nə oldu? | Azərbaycanlılar necə qovuldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər əsasən azərbaycanlıların yaşadığı Ağudi (indiki Agitu) Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının tərkibində olub.
XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının nəzarəti altına keçib. Çar dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olub.
1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi "Daşnaksütyun" partiyası Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmənin təşəbbüskarı olub. Etnik təmizləmə İrəvan quberniyasında, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən deportasiya olunublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
