Pleyeri seçin:
Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlət başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlanıb.
Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edilib, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV
- Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb
- Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV
