Pleyeri seçin:

Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

16 oktyabr 2026 19 baxış

Azərbaycanın müasir tarixində beynəlxalq hüquqla real siyasi vəziyyət arasındakı ziddiyyətin ən bariz nümunəsi Qarabağ münaqişəsi olub. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, həmin sənədlərin icrası uzun illər təmin edilməyib. Nəticədə, işğal davam edib, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb.

Beynəlxalq təşkilatların qərarlarının icrasız qalması isə təcavüzkar tərəfdə cəzasızlıq hissini gücləndirib.

Azərbaycan Prezidenti AQEM tribunasında bu məsələyə toxunaraq vurğulayıb:

“BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı”.

Prezident İlham Əliyevin bu sözləri yalnız Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinə deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemindəki etimad böhranına işarədir. Çünki beynəlxalq hüququn dövlətlərə münasibətdə fərqli meyarlarla tətbiqi onun nüfuzunu zəiflədir. Azərbaycan torpaqları işğal altında olduğu müddətdə təsirli təzyiq mexanizmlərinin işə düşməməsi də bu problemin miqyasını üzə çıxarıb.

Dövlət başçısı Avropa Parlamenti və Avropa Şurasının mövqeyini də tənqid edərək beynəlxalq institutların ikili standartlardan uzaq, prinsipial və ardıcıl fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Banner
Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Siyasət
16 oktyabr 2026 19 baxış
Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Siyasət
16 oktyabr 2026 19 baxış
İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 19 baxış
Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Siyasət
16 oktyabr 2026 19 baxış
Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Siyasət
16 oktyabr 2026 19 baxış
“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

Siyasət
16 oktyabr 2026 19 baxış
Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 19 baxış
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

Siyasət
16 oktyabr 2026 19 baxış
Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Siyasət
16 oktyabr 2026 19 baxış
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb

Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb

Siyasət
15 oktyabr 2026 19 baxış
Seçilmişlər
icon