Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası
Yeniliklərdən dərhal xəbərdar olun
Birgə səylərin istiqamətləndirilməsi vektorlarından biri regional siyasi və iqtisadi əməkdaşlığın təmin edilməsinə və kənardan dağıdıcı müdaxilə cəhdlərinin məhdudlaşdırılmasına ümumi yanaşmalardır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.
“Sevindirici haldır ki, qısa müddət ərzində ekspertlərimizin görüşdüyü platforma artıq beşinci iclasını keçirir”, – o vurğulayıb.
Onun sözlərinə görə, bu tədbirin keçirilməsi Rusiya-Azərbaycan münasibətlərini daha da yaxınlaşdırmaq iradəsinin necə reallaşdığına nümunədir:
“Üç il əvvəl bu fikir ilk dəfə səsləndiriləndə qeyd etmişdik ki, bu görüş sadəcə bir dəfə keçirilməməlidir və bu təşəbbüsün praktiki nəticəsi olmalıdır. Azərbaycan və Rusiya liderlərinin siyasi iradəsi onu göstərir ki, dünyada baş verən tektonik sürüşmələrə və Cənubi Qafqazda dəyişən vəziyyətə baxmayaraq, iki ölkə bir-birinə qarşı olan müsbət münasibətini qoruyub saxlaya bilib. Bütün sahələrdə müsbət inkişaf dinamikası nümayiş etdirilir”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
