Bakıda "Traktor"un oyunu yayımlandı, İranda etiraz başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Təbrizin "Traktor" futbol komandasının oyununun Bakıda geniş şəkildə yayımlanması İranda ciddi reaksiyaya və etiraz dalğasına səbəb olub. "Baku TV"-nin siyasət bölməsinin məlumatına görə, Azərbaycan paytaxtında soydaşlarımızın komandasına göstərilən bu kütləvi dəstək İranın siyasi dairələrində narahatlıqla qarşılanıb. Bakıdakı nümayişkaranə azarkeşlikdən sonra İranın bəzi şəhərlərində yerli azərbaycanlılar tərəfindən milli şüarların səsləndirilməsi ilə müşayiət olunan aksiyalar başlayıb.
Süjetdə qeyd olunur ki, futbol sadəcə idman deyil, həm də milli birliyin simvoluna çevrilib. Bakıdakı yayım "Traktor"un sadəcə bir klub deyil, bütün dünya azərbaycanlılarının ortaq dəyəri olduğunu bir daha nümayiş etdirib. "Baku TV"-nin videomaterialında İran rəsmilərinin bu hadisəyə münasibəti, Tehranın "milli azlıqlar" siyasəti və Bakıdan gələn mənəvi dəstəyin İrandakı siyasi proseslərə təsiri ətraflı təhlil olunur. İdmanın siyasətə keçid etdiyi bu həssas mövzu barədə bütün detallar bizim xüsusi reportajda.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
