"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
“Düşmənlərimiz İran və onun əlaltıları seçkiləri pozmağa yönəlmiş hücumlarla bizə meydan oxuya bilərlər. Bununla bağlı cəhdlərin olacağına dair kəşfiyyat məlumatlarımız var. Mən onları xəbərdar edirəm: bizi sınağa çəkməyin. Təsəvvür edə biləcəyinizdən daha güclü, ölçüyəgəlməz zərbələr alacaqsınız. Bu sizə qarşı qətiyyətli bir zərbə olacaq. Bizi səhv qiymətləndirməyin”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-də keçiriləcək parlament seçkilərini pozmaq məqsədilə İranın İsrailə hücum edə biləcəyi ehtimalından danışarkən bildirib.
Bundan başqa, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də daha əvvəl İrana qarşı zərbələrin bərpası üçün hazırda əməliyyat zərurətinin olmadığını, lakin ehtiyac yaranarsa, belə bir addımın atılacağını bildirmişdi.
Seçkiyə və səslərin hesablanmasına isə cəmi saatlar qalır.
Maraqlıdır, hər an nəsə baş verə bilər. İran hansısa formada İsraildəki seçkilərə təsir edə bilərmi?
#İsrail teqi istifadə olunub
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
