Bakıda Türk Dövlətləri arasında vacib iclas
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 25-də Milli Məclisdə Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclası keçirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu toplantının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini vurğulayıb.
Qeyd edib ki, bu ideya dövlət başçısı tərəfindən Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın ötən il Azərbaycana səfəri zamanı baş tutan görüşdə səsləndirilib. O bu tədbirin bir ənənəyə çevriləcəyini və türk dövlətləri arasında münasibətlərin güclənməsinə töhfə verəcəyini deyib.
Qeyd olunub ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlərin müxtəlif təşkilatlar çərçivəsində fəaliyyətinin yüksək səviyyədə təşkili vacib məsələlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) konstruktiv dialoqun təşviqi üçün mühüm platforma kimi önəmli rol oynayır.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
