Bakıya hücum gözlənilir? - İranlı deputatdan dəhşətli açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Dəməşq şəhərində İranın konsulluğuna zərbə endirməsindən sonra Təl-Əvivə qarşı səsləndirilən təhdidlərdə Azərbaycanın da adı çəkilir.
Bu qəbildən olan çıxışlardan biri İran parlamentinin üzvü Calal Rəşidi Kuçi tərəfindən edilib.
O, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum etməyi təklif edib:
“Sionist rejimin İran torpağına hücumuna qəti cavab verməkdə tərəddüd və səbir etmək İranın izzət və abrına ağır zərbədir. Təklif edirəm ki, cavab olaraq bu ölkənin qonşu ölkələrdəki diplomatik mərkəzlərindən birinə, əsasən Azərbaycandakı nümayəndəliyinə zərbə endirilsin”.
Qeyd edək ki, ötən gün İsrailin Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı, 5 zabiti, o cümlədən diplomatlar həlak olub.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
