Baş nazir “Digital Almaty 2025” forumunda çıxış etdi | Rahat və əlçatan sistem yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda süni intellekt strategiyası hazırlanır”.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanda keçirilən “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı deyib.
Bildirib ki, süni intellekt texnologiyasının tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir:
“Bu, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Həmçinin bu sahədə müasir və çevik qanunvericiliyin hazırlanması və tətbiqinə xüsusi diqqət yetiririk. Artıq bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırır, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına kömək edir”.
Baş nazir onu da vurğulayıb ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının ən vacib elementi kimi çox böyük önəm verir:
“Azərbaycanda “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib. Bu sənəd ölkənin rəqəmsal transformasiyası üçün əsas istiqamət olub, bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edib. Rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri süni intellektdir”.
Əli Əsədov onu da bildirib ki, Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.
#Əli Əsədov teqi istifadə olunub
- Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV
- "Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
