BƏƏ ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı və Əbu-Dabi arasında iqtisadi tərəfdaşlıq yeni zirvəyə yüksəlir. 2025-ci ilin ilk 10 ayının nəticələrinə görə, Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 66% artaraq 147,5 milyon dollara çatıb. Baku TV-nin təqdim etdiyi süjetdə Prezident İlham Əliyevin Əbu-Dabiyə rəsmi səfəri və imzalanan "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin (CEPA) əhəmiyyəti təhlil olunur. Xüsusilə, Azərbaycanın qeyri-neft ixracatının BƏƏ bazarında ikiqat artması və ölkəmizin ticarətdə 40 milyon dollarlıq müsbət saldoya malik olması strateji uğur kimi qiymətləndirilir. Bərpaolunan enerji, logistika və rəqəmsal texnologiyalar sahəsindəki yeni investisiya layihələri, həmçinin "Masdar" şirkətinin Azərbaycandakı fəaliyyəti barədə bütün təfərrüatlar Baku TV-nin "Siyasət" rubrikasında.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
