BƏƏ liderinin Bakıda rəsmi qarşılanma mərasimi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın yanvarın 9-da rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
