BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik və iqtisadi münasibətlərdə tarixi günlər geridə qaldı. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri uğurla yekunlaşıb. Baku TV-nin hazırladığı xüsusi buraxılışda bildirilir ki, səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 10-a yaxın mühüm sənəd imzalanıb. Xüsusilə "Masdar" şirkətinin Azərbaycanda inşa edəcəyi yeni günəş və külək elektrik stansiyaları ilə bağlı əldə olunan razılaşmalar ölkəmizin "yaşıl enerji" mərkəzinə çevrilməsi yolunda atılan ən böyük addımlardan biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın təkbətkəş və geniş tərkibdə görüşlərinin təfərrüatları, həmçinin rəsmi yolaalma mərasiminin ən maraqlı anları Baku TV-nin "Siyasət" rubrikasında.
#Birləşmiş Ərəb Əmirlikləri teqi istifadə olunub
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Netanyahunun bir neçə saatlıq səfəri niyə diqqət çəkir?
- Netanyahu özəl təyyarə ilə Əbu-Dabiyə getdi: görüş niyə açıqlanmadı? - Baku TV
- Əvvəlcədən açıqlanmayan səfərdə BƏƏ Prezidenti ilə nə müzakirə olunub? - Baku TV CANLI
- Azərbaycan və BƏƏ arasında mühüm sənədlər imzalandı - Baku TV
