Azərbaycan və BƏƏ arasında mühüm sənədlər imzalandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.
Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub.
Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulanıb.
Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunulub.
Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Mərasimdə "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə "Abu Dhabi Future Energy Company" – "Masdar" və "AGEC" arasında əməkdaşlıq Sazişi", "Azərbaycan İnvestisiya Holdinqi ilə "L`IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi", "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "GROUP 42 Holding Ltd" arasında "Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və "XRG SGC LIMITED" arasında "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi", həmçinin Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
