Bələdiyyə seçkiləri barədə vacib xəbər | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Dairə Seçki Komissiyasına təqdim edə bilər.
Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir. Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18:00-dək nəzərdə tutulub.
Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
