Pleyeri seçin:

Beynəlxalq İqlim Sammitinin keçirilməsi ölkəmizə nə verəcək?

22 dekabr 2023 118 baxış

Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək olması tarixi bir hadisədir. Bu, ölkəmizin beynəlxalq arenada nail olduğu nüfuzun və dünya birliyinin ölkəmizə qarşı duymuş olduğu etimadın göstəricisidir.

Xüsusilə də Qarabağda lokal xarakterli antiterror tədbirlərindən sonra beynəlxalq iqlim sammitinin Azərbaycanda keçirilməsinə qərarın verilməsi böyük siyasi önəm daşıyır. Bu hadisə həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz konstitusyon quruluşunu bərpa etməsinin dünya birliyi tərəfindən qəbul olunması deməkdir.

Digər tərəfdən, Azərbaycanın iqlim sammitinə ev sahibliyi etməsi onun siyasi-iqtisadi sahədə qazandığı uğurların məntiqi davamı da adlana bilər. Baxmayaraq ki, Azərbaycan neft-qaz ölkəsidir, amma ölkəmiz alternativ enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalayıb. 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin yaşıl enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik götürüb.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, beynəlxalq iqlim sammitinin ölkəmizdə keçirilməsi Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq: “Tədbir müddətində ölkəmizə 50 min iştirakçının gələcəyi gözlənilir. Bu da turizm üçün gəlirdir. Digər tərəfdən, belə tədbirlər gəlmə turizm üçün yeni imkanlar yaradır və ölkəyə gələnlərin sayının artmasına səbəb olur”.

Kopyalandı
Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 118 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 118 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 118 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 118 baxış
Seçilmişlər
icon