Beynəlxalq konqres iştirakçıları Fəxri xiyaban və Zəfər parkında - Baku TV
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.
Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər abidəsi ziyarət olunub. Abidə önünə əklil qoyan iştirakçılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qonaqlara Zəfər parkının və abidənin yaradılması, onun memarlıq konsepsiyası barədə məlumat verilib.
Qeyd edək ki, 30 iyun tarixində Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. Tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.
#Türk Dövlətləri Təşkilatı teqi istifadə olunub
- Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
- "Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV
- TDT-nin zirvə görüşləri niyə müntəzəm xarakter aldı? - Baku TV
