Beynəlxalq təşkilatlardan Xocalıya dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanlı qardaşlarımızın 31 il əvvəl Xocalıda qətlə yetirilməsini pisləyir, şəhidlərimizi bir daha rəhmətlə yad edirik. Xocalıdakı insanlıq əleyhinə cinayəti unutmadıq, unutmayacağıq”.
Bu barədə qan yaddaşımız Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Twitter” hesabında etdiyi paylaşımında qeyd olunub.
Qardaş ölkə ilə yanaşı, beynəlxalq təşkilatlar da faciənin ildönümündə Azərbaycan xalqına dəstək nümayiş etdirib. GUAM-ın Baş katibi Altay Əfəndiyev təşkilatın “Twitter” hesabında Xocalı faciəsi ilə bağlı paylaşım edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımı zamanı ailələrini, dostlarını və evlərini itirən hər kəsin dərdinə şərik olduğunu bildirib və faciə qurbanlarını hörmətlə yad edib.
“Xocalı soyqırımı şəhidlərini rəhmətlə anırıq”, - deyə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının paylaşımında bildirilib. Bundan başqa, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld da rəsmi hesablarında edilən paylaşımlarla Xocalı faciəsi və onun qurbanlarını yad ediblər.
#Mövlud Çavuşoğlu teqi istifadə olunub
- Osman Çavuşoğlunun yas mərasimində izdiham yaşandı | Ceyhun Bayramov danışdı
- İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı məktubu göndərdi
- Mövlud Çavuşoğlu "Baku TV"yə açıqlamasında nələr dedi?
- XII Qlobal Bakı Forumunun 3-cü günü | Ən son məlumatlar çatdırıldı
- Bu ölkə müharibənin bitməsini istəmədi | Mövlud Çavuşoğlu Türkiyənin cəhdini açıqladı
