Bir ay olar ki, əməkdaşlarından heç biri... | Baku TV USAID-in ofisinin qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq ABŞ də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz əməlləri ilə bağlı açıq mətnlə çıxış etməyə başlayıb.
Ən azından ABŞ Dövlət katibi Marko Rubionun son açıqlamasına əsasən, belə qənaətə gəlmək mümkündür.
M.Rubio USAID-in fəaliyyətindən narahat olduqlarını, onların müstəqil şəkildə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olmadıqlarını vurğulayıb.
Dövlət katibi sözügedən təşkilatın xalqın vergiləri hesabına əldə etdikləri gəlirlə kimləri maliyyələşdirdiklərini, nə qədər vəsait ayırdıqlarını, podratçılarının kim olduğunu gizlətdiklərini bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsası olmadığı və fəaliyyətini dayandırması barədə bildirişi ABŞ tərəfinə rəsmən göndərib.
Baku TV USAID-in Azərbaycandakı fəaliyyətini dayandırıb-dayandırmamasını öyrənmək üçün təşkilatın ofisində olub.
Bildirilib ki, bir aydır ofisə USAID-in əməkdaşlarından heç kim gəlmir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
