Pleyeri seçin:

Bir qrup xarici QHT bəyanat yaydı

01 avqust 2023 76 baxış

Bir qrup xarici QHT nümayəndəsi Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasını Ermənistanın əngəlləməsi haqqında bəyanat yayıb.

Bildirilir ki, çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və digər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaması üçün əlverişli mühit yaradır. Qanunvericiliyə uyğun olaraq, Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi də təmin ediləcək.

Bəyanatda qeyd olunur ki, Ermənistanın bir sıra məmurları tibbi evakuasiya üçün funksional olan Laçın yolu haqqında siyasi manipulyasiya və spekulyasiya yaratmağa çalışsa da, bu iddialar tamamilə əsassızdır. Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifini xatırladan bəyanatı imzalayanlar həmin yolun hər növ yüklərin daşınması üçün tam işlək vəziyyətdə olduğunu vurğulayıblar.

Bildirilib ki, buna rəğmən qanunsuz rejimin qalıqları Qarabağda sadə erməniləri girov götürür və həmin yoldan istifadə etməkdən imtina edirlər. Ermənistan Qarabağdakı ermənilərin gündəlik ehtiyaclarının Azərbaycan hökuməti vasitəsilə asanlıqla həllinə mane olmaqla reinteqrasiya prosesini əngəlləyir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır. Əksinə, yardım təklif edir.

Qeyd olunub ki, Ermənistanın 30 ildən artıqdır Naxçıvanı blokadada saxlaması Muxtar Respublikanın əhalisinə, onların iqtisadi fəaliyyətlərinə, zəruri xidmətlərə çıxışına və hərəkət azadlığına ciddi təsir göstərir.

Bəyanatda bildirilib ki, reinteqrasiya məqsədilə Azərbaycan yerli ermənilərlə fəal şəkildə əlaqə yaradır. Bu məqsədlə Azərbaycandan təmsilçi qismində məsul şəxs təyin edilib. Lakin Ermənistan tərəfi danışıqlarda irəliləyişə mane olub və ilk görüşdən sonra aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək təmasları davam etdirmək üçün Bakıya gəlməkdən imtina edib. Bəyanatı imzalayanlar Ermənistan hökumətini təxribatları dayandırmağa çağırır. Beynəlxalq təşkilatlardan məsələyə adekvat reaksiya verməkləri və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesini dəstəkləmələri xahiş olunur.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 76 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 76 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 76 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 76 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 76 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 76 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 76 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 76 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 76 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 76 baxış
Seçilmişlər
icon