Bircə həll yolu var | Cənubi Qafqaz üçün tarixi dönüş yaradacaq çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Sazişin yekunlaşması çox yaxşı xəbərdir. Fikrimizcə, bu sənəd nə qədər tez imzalansa, hər iki ölkə üçün, eləcə də bütün region üçün bir o qədər yaxşı olar. Biz regionda çoxlu qan, nifrət və müharibə gördük, buna son qoymağın vaxtıdır”.
Bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançı deyib.
“Hesab edirik ki, diqqəti təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region üçün fayda verəcək imkanlara yönəltməliyik. İran isə hər iki ölkənin dostu kimi Ermənistan və Azərbaycana əlini uzatmağa hazırdır və biz Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz gələcəyə diqqət yetirməliyik. Keçmişdə iki ölkə arasında problemlər olub, ancaq bu, hərbi yolla həlli ola bilməz. Hərb həmişə müvəqqəti həll yoludur. Keçmiş keçmişdə qalıb. İndi hər iki xalqın münasibətləri normallaşdırmaq üçün hansı imkanların olduğunu görmə vaxtıdır”, ‒ o bildirib.
Nazir müavini əlavə edib ki, xüsusən iqtisadi sahədə böyük potensial var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması halında bundan bütün region faydalanacaq.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
