Biz Kanak xalqı ilə tam həmrəy olduğumuzu bildiririk | Bakı Təşəbbüs Qrupu
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransanın Yeni Kaledoniyada əsas insan hüquqlarını pozması onun Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xarici ölkələrin dekolonizasiyasına dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur”.
Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, öz müqəddəratını təyinetmə hüququ başlıca məsələdir.
“Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildiririk. Həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik. Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqına taleyini təyin etmək azadlığını təmin etməyə çağırırıq”, – deyə Abbas Abbasov bildirib.
#Bakı Təşəbbüs Qrupu teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV
- Parisdəki etirazlarda hüquq və azadlıqların qorunması tələb olunur - Baku TV
- Belçikanın müstəmləkə keçmişi Bakıda müzakirə olundu - Baku TV
- Müstəmləkəçilik tarixi yenidən gündəmdədir | Ruanda səfiri BTQ-nin rolunu önə çəkib - Baku TV
- Bakıda Afrika reallıqları müzakirə olunub | Belçika ilə bağlı ağır iddia səsləndirilib - Baku TV
