Pleyeri seçin:

Biz Zəngilanın Vejnəli kəndində palatkalara yerləşdik | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

05 aprel 2024 304 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Ermənilər həmişə qoca, qadın və uşağa zülmlər ediblər” adlı veriliş Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kənd sakini Sədaqət Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıqda, orta məktəb illərində müxtəlif oyunlar oynadıqlarını deyib, məhəllə, bulaq, kəhriz, dağ, yaylaq, pir və meşədə gəzdiklərini, eləcə də Novruz bayramını el adəti üzrə çox gözəl keçirdiklərini xatırladıb:

“Buğdadan qovurğa qovururduq. Zeynəb nənəm o qovurğanı kirkirə ilə çəkər və qovut hazırlayardı. Qovutu yumru-yumru edib Novruz adətləri ilə düzərdik. Nişanlı qızlar rəngli corablar toxuyub oğlanlara bağlayardılar. Əgər yenidən kəndimə getsəydim, dizlərimi yerə qoyub torpağımı öpərdim. Qəbiristanlığa baş çəkər, yaylaqlarımıza, Miyanbutun zirvəsinə qalxar, pirlərə nəzir verərdim”.

Onun sözlərinə görə, deportasiya illəri çox çətin keçib:

“1988-ci il noyabrın 12-si idi. Kəndə səs yayıldı ki, ermənilər gəlirlər. Orada rus zabitləri də var idi, guya bizi qoruyurdular. Amma bu heç də belə deyildi. Cavanlarımız hər gecə dağların başına çıxıb camaatı qoruyurdular. O günləri xatırlayanda həmişə ağlayıram. Üç uşaq anası idim. Uşaqlar da körpə idilər. Onların ikisini bir əlimdə, birini də bir əlimdə tutmuşdum.

Hər gün ermənilər bizi qorxudurdular. Atışma səsləri edərək gəlirdilər ki, biz qorxaq. Biz 3 il qoruna bildik. 1991-ci il avqustun 8-dək cavanlarımız kəndi qorudu. Amma məcburən bizi o torpaqlardan qovdular. Biz Zəngilanın Vejnəli kəndinə getdik və orada palatkalara yerləşdik. Oradan da Bakıya gəldik”.

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Siyasət
18 sentyabr 2026 304 baxış
Prezidentin Şamaxıya səfərinin yekunları

Prezidentin Şamaxıya səfərinin yekunları

Siyasət
18 sentyabr 2026 304 baxış
Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Siyasət
18 sentyabr 2026 304 baxış
Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
18 sentyabr 2026 304 baxış
İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

Siyasət
18 sentyabr 2026 304 baxış
İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

Siyasət
18 sentyabr 2026 304 baxış
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Siyasət
18 sentyabr 2026 304 baxış
"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 304 baxış
Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Siyasət
17 sentyabr 2026 304 baxış
"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 304 baxış
Seçilmişlər
icon