Pleyeri seçin:
BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə qəbul edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Baş Assambleyası Ukrayna ilə bağlı keçirilən xüsusi sessiyada Rusiyaya qarşı qətnamə qəbul edib.
141 ölkə sənədin lehinə, Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya da daxil olmaqla 7 ölkə əleyhinə səs verib. Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.
Qətnamə xüsusilə Ukrayna ərazisində cinayətlərin milli və beynəlxalq səviyyədə təhqiqat və təqib yolu ilə məsuliyyətə cəlb edilməsinin zəruriliyinə istinad edir.
Xatırladaq ki, BMT Baş Assambleyasında Rusiyanın BMT Təhlükəsizlik Şurasından fərqli olaraq veto hüququ yoxdur. Eyni zamanda iclasda qəbul edilən qətnamələr beynəlxalq hüquq normalarına uyğun olaraq məcburi xarakter daşımır.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
