BMT baş katibindən Sudanla bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Sudanda istənilən eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər”.
Bunu BMT Baş katibi Antonio Quttereş “Twitter”dəki hesabında yazıb. “Sudanda döyüşlər artıq dəhşətli insan itkilərinə səbəb olub. Gələcəkdə istənilən eskalasiya ölkə və region üçün dağıdıcı ola bilər. Vəziyyətə təsiri olanlar bundan zorakılığa son qoymaq, asayişi bərpa etmək və keçid yoluna qayıtmaqdan ötəri səyləri dəstəkləmək üçün istifadə etməlidirlər”, – deyə BMT Baş katibi bildirib.
Qeyd edək ki, Sudanda toqquşmalar başlayandan indiyə qədər 180-dən çox insan həlak olub, 1 800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə xüsusi təyinatlıların bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini dayandırıb.
#Sudan teqi istifadə olunub
- ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI
- Sudanda gərginlik davam edir | Münaqişələr zamanı minlərlə ölən var - Baku TV
- Rəcəb Tayyib Ərdoğan Abdel Fattah əl-Burhanla görüşdü
- Dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
- Sudan Rusiyaya silah müqabilində ərazisində hərbi baza yerləşdirməyi təklif etdi
