BMT qərar verdi: Azərbaycanın tələbi yerinə yetiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib.
Bu barədə Baş Assambleyanın prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.
Belə ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə məktub göndərib.
BMT Baş Assambleyasının prezidenti məktubda Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib.
Qeyd olunub ki, Baş Assambleyanın xüsusi sessiyası oktyabrın 26-da BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın iştirakı ilə təşkilatın Nyu-Yorkdakı qərargahında baş tutacaq.
#Qoşulmama Hərəkatı teqi istifadə olunub
- Qlobal Cənubun lideri hansı ölkədir? | Azərbaycan üçün vacib prinsiplər
- Qoşulmama Hərəkatından COP29-a uzanan uğurun sirri
- İlham Əliyev Qoşulmama Hərəkatına ölkəmizin dördillik sədrlik dövründən danışdı
- Azərbaycanın hansı təşəbbüsünü ölkələr dəstəklədi? | XİN məlumat yaydı
- Azərbaycan Qoşulmama Hərəkatında hansı məsələlərin həllinə nail oldu?
