“Bölgədə vəziyyət gərginləşəndən bəri...” | Kaya Kallas Ceyhun Bayramovla nəyi müzakirə etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı qurum vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasına kömək etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim", ‒ K.Kallas belə söyləyib.
O həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.
"Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam", ‒ deyə Avropa diplomatiyasının rəhbəri qeyd edib.
#Kaya Kallas teqi istifadə olunub
- Aİ Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləməyə hazırlaşır - Baku TV
- Avropa İttifaqı Ukraynanın raket ehtiyaclarını necə təmin edəcək? - Baku TV
- Avropa və ABŞ-nin birgə sanksiyaları | Rusiya hansı addımları atacaq? - Baku TV
- Kallas Vaşinqtondan izahat istəyəcək
- Ankarada tərəflər arasında regional məsələlər müzakirə edilib - Baku TV
