Ankarada tərəflər arasında regional məsələlər müzakirə edilib - Baku TV
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin paytaxtında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Aİ Komissiyasının məsul üzvləri Marta Kos və Maqnus Brunner ilə bir araya gəlib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
"Ankara Avropa İttifaqının Türkiyə ilə münasibətlərini obyektiv meyarlar əsasında və ayrı-seçkilik yanaşmaları olmadan inkişaf etdirməsini gözləyir". Bunu Hakan Fidan danışıqlardan sonra bildirib.
"Bu gün ölkəmizdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Kaya Kallas, Genişlənmə üzrə Avropa Komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunner ilə görüşdük. Aİ üzvlüyü ölkəmiz üçün strateji məqsəd olaraq qalır. Biz ittifaqla münasibətlərimizi bu anlayışa əsaslanaraq inkişaf etdirməyə hazırıq. Avropa İttifaqının da Türkiyə ilə münasibətlərini obyektiv meyarlar və ləyaqət əsasında, heç bir ayrı-seçkilik olmadan inkişaf etdirməsini gözləyirik", – deyə nazir əlavə edib.
Diplomat ümid etdiyini bildirib ki, Avropa Komissiyasının üç mühüm üzvünün birgə səfəri Türkiyə ilə Aİ arasında münasibətləri istənilən səviyyəyə çatdırmaq üçün mühüm addım olacaq.
Təmaslar zamanı tərəflər mövcud regional və qlobal məsələləri, ilk növbədə Yaxın Şərqdə və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
