Bölgəni yeni Çernobıl faciəsi gözləyir? - Ombudsman həyəcan təbili çaldı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün potensial təhlükə mənbəyinə çevrilmiş Metsamor Atom Elektrik Stansiyası texniki və mənəvi cəhətdən köhnələrək istismara yararsız vəziyyətə düşüb. Buna baxmayaraq, hələ də fəaliyyət göstərərək ətraf mühiti ciddi şəkildə çirkləndirir”.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxışı zamanı deyib.
“Azərbaycan Ombudsmanı olaraq dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciət edərək Çernobıl və Fukusimaya bənzər növbəti atom faciəsinin qarşısının alınması məqsədilə Metsamor Atom Elekrik Stansiyasının işinin təhlükəsiz şəkildə dayandırılmasını və tamamilə bağlanmasını, habelə radioaktiv tullantıların beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görülməsini tələb etməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmişik.
Bütün bu çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqi ekosistemin bərpasına yönəlmiş mühüm tədbirlərdəndir. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişikliyinin mənfi təsirlərinə və bundan yaranan mümkün risklərə qarşı mübarizəyə xüsusi önəm verən ölkələr sırasında ən öncül yerlərdən birini tutur”, – deyə S.Əliyeva vurğulayıb.
#Səbinə Əliyeva (İnsan hüquqlarının müdafiəçisi Ombudsman) teqi istifadə olunub
- Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV
- Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində işlər görülür - Baku TV
- Ombudsman kilsə, məscid və sinaqoqlara dövlət dəstəyindən danışdı
- “Bu tarixi hadisə sayəsində...” | Ombudsmandan Anım Günü ilə bağlı bəyanat
- İtkin düşən azərbaycanlıların taleyi necə olacaq? | Səbinə Əliyevadan mühüm açıqlama
