Böyük Britaniya və Aİ-nin İrana qarşı yeni qadağası
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı İrana qarşı 7-ci sanksiyalar paketini qəbul edib.
Bu barədə qərarı Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri elan ediblər. Bildirilib ki, qadağaların əsas səbəbi İranda insan haqlarının pozulmasıdır.
Eyni zamanda Böyük Britaniya da İran İslam İnqilabı Keşikçiləri Korpusunun 4 üzvünə sanksiya tətbiq edib. Qadağalar siyahısının yenilənmiş variantı aprelin 24-ü Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Sanksiyaya məruz qalanlar SEPAH-ın komandiri Məhəmməd Nəzər Əzimi, SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari və SEPAH-ın “Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kademdir. Tətbiq olunan qadağalara Böyük Britaniyada aşkar ediləcəyi təqdirdə maliyyə aktivlərinin dondurulması, həmçinin bu ölkəyə girişin qadağan edilməsi daxildir.
“İran rejimi İran xalqının kobud şəkildə repressiyaya məruz qalmasına və bütün dünyaya qan tökülməsini “ixrac etdiyinə” görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana, o cümlədən bütünlükdə SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, – deyə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
