Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Bakıda
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.
Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlət başçısını təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğulayıb.
Dövlət başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirib və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxunub.
Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edib.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub.
Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
