Brüssel görüşündə Azərbaycanla bağlı müzakirə aparılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara, demokratiya və iqtisadiyyata həsr olunacaq. Görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Brüsseldə keçiriləcək danışıqlara Azərbaycan tərəfinin dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bu görüş Ermənistanda gedən islahatlara, ölkənin demokratiyasına, iqtisadiyyatına və canlılığına həsr olunub. Həmin görüşdə sülh prosesi müzakirə mövzusu deyil. Bu, iqtisadiyyatın şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ, AB və Ermənistan arasında görüşdür.
Bu məsləhətləşmənin regional diqqəti yoxdur”, – M.Miller bildirib.
Qeyd edək ki, görüşün 5 apreldə keçirilməsi nəzərdə tutulur.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
