Brüssel görüşündə mühüm məsələlər müzakirə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Bu barədə “Report”un Brüsselə ezam olunmuş əməkdaşı məlumat verib. Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də müzakirə olunub. Görüş üç saata yaxın davam edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, iyulun 14-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfərə gedib. Şarl Mişel Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidentini qarşılayıb. Dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub.
#Üçtərəfli görüş teqi istifadə olunub
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- Ukraynanın sülh danışıqlarına hazırlığı oktyabr ayında tamamlana bilər - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb - Baku TV CANLI
- Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
- Dünyanın diqqəti İstanbulda | Türkiyə-ABŞ-Ukrayna arasında üçtərəfli görüş başladı
