Bu sazişin mümkün qədər tez imzalanacağına ümid edirəm | Roma Papasından açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin martın 23-nə olan bülletenində qeyd olunub.
“Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnunam. Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm”, ‒ deyə Roma Papası bildirib.
Qeyd edək ki, daha əvəl Fransa Prezidenti Emmanuel Makron, Estoniyanın, Latviyanın, Sloveniyanın və Macarıstanın xarici işlər nazirləri, habelə Avstriyanın, Səudiyyə Ərəbistanının xarici siyasət idarəsi Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
